Tibbi ərazi bölməsiTƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır.
Tibbi ərazi bölmələri (TƏB) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən təsdiq ediliblər və inzibati ərazi vahidləri üzrə əhalinin sayı, coğrafi ərazi, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, habelə həkim və orta tibb işçilərinin sayı nəzərə alınmaqla formalaşdırılıblar. Ümumilikdə 13 tibbi ərazi bölməsi müəyyənləşdirilib.